VI siniflər üçün monitorinq təşkil edildi

Məktəbin fəaliyyət planına əsasən VI siniflər üçün monitorinq təşkil edildi. Monitorinq sualları Azərbaycan dili, riyaziyyat və təbiət fənləri üzrə tərtib olunmuşdur. Məqsəd şagirdlərin bilik və bacarıqlarını yoxlamaq , onların Elm və Təhsil Nazirliyinin təşkil etdiyi monitorinqlərə hazırlıq səviyyəsini ölçərək növbəti hədəfləri müəyyən etməkdir. Bu məqsədlə monitorinqlər davam etdiriləcəkdir.