“20 Yanvar  - Ümumxalq Hüzn Günüdür”

          “20 Yanvar  - Ümumxalq Hüzn Günüdür” adlı təşkilat saatı  keçirilidi. Məqsəd şagirdlərimizi Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş bu tarix haqqında məlumatlandırmaq, 20 Yanvar gününün Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda  mübarizə rəmzi kimi, müstəqilliyə gedən yolda şərəf və qəhrəmanlıq salnaməsi olduğunu təbliğ etmək, vətənpərvərlik, şəhidlərimizə, milli qəhrəmanlarımıza hörmət və ehtiram hissinin aşılanmasıdır. Şagirdlərin hazırladığı kompozisiyada həmin gecə baş verən kütləvi qırğın, xalqın milli azadlıq düşüncəsinin qarşısını almağa yönəldilmiş terror aksiyası geniş işıqlandırıldı. Şagirdlərin təqdim etdikləri 
şeir və monoloqlarda 20 Yanvarın yalnız matəm günü kimi deyil Müstəqilliyə gedən yolda ən şərəfli gün olduğu vurğulandı.
     Tədbirdə məktəbin direktoru Günel Fətəliyeva və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı İsrafil Hüseynov iştirak etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi