İlk dərslər 20 Yanvar–Ümumxalq Hüzn Gününə həsr edildi

     Məktəbimizdə yanvarın 17-də ilk dərslər 20 Yanvar–Ümumxalq Hüzn Gününə həsr edildi.

     Dərslərdə ilk olaraq xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dərsləri tədris edən müəllimlər Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə söhbət açdılar. Qeyd olundu ki, bir tərəfdən kədərli, digər tərəfdən isə qəhrəmanlıq səhifəsi olan həmin gün bütün dünya xalqımızın qəhrəmanlığının, azadlıq uğrunda mübarizliyinin şahidi olub. Həmin gün xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin kuliminasiya nöqtəsi olmaqla, çağdaş tariximizə qürur və şərəf mübarizəsi kimi daxil olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi