Nağıllar aləminə səyahət

     Nağılların mütaliəsi, xüsusilə uşaqlar üçün çox böyük əhəmiyyət kəsb edir. Təxəyyül və yaradıcılığının, dil və söz ehtiyyatlarının, intellektual mənəvi və emosional inkişafında mühüm rol oynayır.
Bu baxımdan məktəbin fəaliyyət   planına əsasən kitabxana müdiri Aytən Məmmədova və ibtidai sinif müəllimlərinin birgə təşkilatçılığı ilə “Nağıllar aləmi “ adlı tədbir keçirildi. Tədbir kitabxanın oxu guşəsində 3”A”,3”B”,"3C”, 4” A” sinif şagirdlərinin iştirakı ilə keçirildi. Bayram ruhlu tədbirdə şagirdlər maraqlı obrazlara bürünərək müxtəlif nağıl qəhrəmanlarını və fantastik personajları canlandırdılar.  Bəzi şagirdlər heyvan obrazlarında,  bəziləri Şaxta baba,  Qar Qız və digər sevimli qəhrəmaları canlandırdılar.  4”B”  və  1”A”, "0”A”, 0"B" sinif şagirdlərinin ifa etdikləri rəqs və mahnılar tədbirə xüsusi rəng qatmışdır.Tədbirdə məktəbin direktoru Günel Fətəliyeva, müəllimlər,  psixoloq iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi