“Gigiyena və düzgün qidalanma mövzusunda” məşğələ keçirildi
Məktəbin fəaliyyət planına uyğun olaraq məktəbin psixoloqu Ləman Mehtiyeva və UBR Mədinə İskəndərova 8-ci sinif şagirdləri ilə “Gigiyena və düzgün qidalanma mövzusunda” məşğələ keçirildi.Məşğələnin keçirilməsində məqsəd şagirdlərə gigiyena barədə zəruri informasiya çatdırmaq,
şəxsi və ümumi gigiyena qaydalarını bildirmək, ətraf mühitin insan sağlamlığına təsirini izah etmək idi.Məşğələdə eyni zamanda məktəbin həkimi Nəzakət Osmanova və direktor müavini İsrafil Hüseynov da iştirak etdi.Məktəbin həkimi gigiyana və düzgün qidalanma mövzusunda şagirdlərə öz tövsiyyələrini verdi.Sonda şagirdlər sual-cavab olundular.