Xüsusi qayğıya ehtiyacı olan şagirdlərə həssas yanaşmalıyıq

     Məktəbin fəaliyyət planına uyğun olaraq xüsusi qayğıya ehtiyacı olan şagirdlərə məktəb kollektivi  tərəfindən hər zaman qayğı göstərilir, dəstək olunur. Məktəbin  direktoru Günel Fətəliyevanın və məktəbin ibtidai sinif müəllimi Səbinə Əmiraslanovanın təşkilatçılığı və dəstəyi ilə fiziki məhdudiyyətli, evdə təhsil alan şagird Gülzar İsmayılova və məktəbin birinci sinif şagirdi Ümid Əmiraslanov Suraxanı "Gənclər" teatrına gediblər. İlk dəfə teatrda iştirak edən şagirdlər bu ekskursiyanı böyük maraqla qarşılayıblar. Ekskursiyanın məqsədi xüsusi qayğıya ehtiyacı olan şagirdlərə mənəvi dəstək göstərmək, onların cəmiyyətə adaptasiyasını təmin etmək,eyni zamanda estetik zövq formalaşdırmaq idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi