Kontur xəritə üzərində iş
Məktəbimizin fəaliyyət planına əsasən"Coğrafiya aylığı"çərçivəsində 8"C" sinif şagirdləri Azərbaycanın siyasi-inzibati xəritəsini kontur xəritə üzərinə köçürdülər. İnternet səhifələrində araşdırma apararaq 44 günlük müharibə zamanı işğaldan azad olan rayonlarımızı dəqiqliklə təsvir etdilər. Məqsəd respublikamızı daha da yaxından tanımaq və rayonlar haqqında ətraflı məlumat toplamaqdır. Sonda kontur xəritəni dəqiq və düzgün işləyən şagirdlər seçildilər.