"İnformasiya anlayışı" mövzusunda onlayn ümumiləşdirici dərs keçirildi

Yay tətili şagirdlərin məktəbdən ayrı qaldıqları ən uzun zaman kəsiyidir. Əlbəttə, həm müəllimlərin, həm də şagirdlərin dincəlməyə ehtiyacı var. Lakin unutmamalıyıq ki, yay tətilində şagirdlərin təhsildən uzaqlaşması akademik biliklərin itgisi və öncəki tədris ili müddətində öyrəndiklərinin qismən unudulması ilə nəticələnir.
   Məktəbimizin  şagirdlərin yaş xüsusiyyətlərinə uyğun hazırlanmış "yay fəaliyyət planına" əsasən müəllimlərimiz tez-tez maraqlı dərslər təşkil edir, mənimsənilmiş bilik və bacarıqların unudulmasının qarşısını alır.
  İnformatika müəllimi Pəri Əhmədova da 20 iyul tarixində   3-cü və 4-cü sinif şagirdləri ilə "İnformasiya anlayışı" mövzusunda onlayn ümumiləşdirici dərs təşkil etdi.
  Məqsəd şagirdlərin ilkin anlayışlarla bağlı biliklərini təkrar etməsinə dəstək olmaq, həmçinin onları İKT vasitələrindən səmərəli istifadəyə səsləmək idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi