“Ailəm və məktəbim” layihəsi çərçivəsində “Övladlarımızla ünsiyyət qurmağı bacarırıqmı?” mövzusunda vebinar keçirildi
“Ailəm və məktəbim” layihəsi çərçivəsində məktəbin psixoloqu Ləman Mehtiyeva 5-ci sinif valideynləri ilə “Övladlarımızla ünsiyyət qurmağı bacarırıqmı?” mövzusunda vebinar keçirdi. Məqsəd şagird-valideyn münasibətlərinin düzgün tənzimlənməsində valideynlərə dəsdəyin göstərilməsi idi. Psixoloq online görüş zamanı şagirdlərin yaş xüsusiyyətlərindən, böhran dönəmlərindən danışdı. Bu dönəmlərdə uşaqlarla necə davranmalı və nələrə yol verməməliyik deyə valideynlərə məsləhətlər verdi.