"Plan nədir" mövzusunda praktik dərs keçirildi
Məktəbin fəaliyyət planına əsasən dərs ilinin sonu coğrafiya fənnindən praktik dərs keçirildi. Məktəbin coğrafiya müəllimləri Aytən Məmmədova və Vüsalə Məmmədova 6 "B" və 6 "C" siniflərində "Plan nədir" mövzusunda sinif otağını və məktəb həyətinin planını tərtib etdilər. Məqsəd ərazinin miqyasa əsasən kiçildilməsi və planın çəkilməsi idi. Dərsdə məktəbin direktoru Günel Fətəliyeva və təlim-tərbiyə işləri üzrə direktor müavini Günel İsmayılova iştirak etdi . Dərslər şagirdlər tərəfindən maraqla qarşılandı