28 May Müstəqillik Günü ilə bağlı “Kitabxanamızı zənginləşdirək” adlı layihə keçirildi
Kitabın insan həyatında müstəsna rolu erkən yaşlarında məktəblər arasında təbliğ edilməlidir. Bu işin yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı nəktəbimizin fəaliyyat planında vacib məqamlar eksini tapıb. Xüsusi ilə məktəb kitabxanasının işinin səmərəli təşkili bütün tədris ili boyu diqqət mərkəzində saxlanılır. Məktəbin kitabxana müdiri Aytən Məmmədovanın şəxsi təşəbbüsü ilə keçirilən bir sıra bədii müzakirələr, yaradıcı görüşlər, disskusiyalar buna misal ola bilər. Növbəti maraqlı addım 28 May Müstəqillik Günü ilə bağlı “Kitabxanamızı zənginləşdirək” layihəsi oldu. Layihənin məqsədi kitabxana fondunu genişləndirmək dəstək olmaqdır. Şagirdlərdə kitabalara olan sevgisini oxuma həvəsini yaratmaqdır.
Layihədə məktəbin 26 müəllimi iştirak etdi. Hər bir müəllim 2 kitab bədii ədəbiyyat hədiyyə olaraq məktəb kitabxanasına hədiyyə etdilər.Kitabları təqdim edən müəllimlərin adları və kitabların adları Aytən Məmmədova tərəfindən kitabxana fonduna qeydiyyat aparıldı.
Tədbirdə məktəbin direktoru Günel Fətəliyeva bu layihədə iştirak edən müəllimlərə öz təşəkkürünü bildirdi. Öz şəxsi kitablarını məktəb kitabxanasına hədiyyə etdi.
Layihə müəllimlərə xoş təəssürat yaratdı.Bu layihənin şagirdlərin mütaliəyə daha da maraq yaradacağını, gələcəyini daha faydalı daha yaxşı əsərlərlə təmin etdiklərini, təhsildə milli mənəvi kəyfiyyətlərinin rol oynayacağını vurğuladılar.