“Azərbaycan mənim doğma yurdum” adlı tədbir keçirildi

        Məktəbin fəaliyyət planına uyğun olaraq “Azərbaycan mənim doğma yurdum” adlı tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Günel Fətəliyeva, kitabxana müdiri Aytən Məmmədova ,biologiya və təbiət  müəllimləri Fərqanə Əkbərova, Zülfüyyə Hüseynova  və 9-cu  sinif şagirdləri iştirak etdilər. Məktəbin biologiya müəllimi Zülfüyyə Hüseynova Azərbaycanın tarixi abidələri haqqında məlumat verərək bildirdi ki, Azərbaycan etnik və dini tolerantlığın nümunəvi modeli kimi hazırda bütün dünyaya örnək sayılır. Əsrlərdir ki, ölkəmizdə məskunlaşan onlarla azsaylı xalq və etnik qrup sülh şəraitində birgəyaşayışın, etnomüxtəlifliyin zəngin sintezinin, multikulturalizmin və mədəni mübadilənin mükəmməl nümunəsini beynəlxalq ictimaiyyətə sərgiləyir. Görkəmli şəxsiyyət və tanınmış adamların məzarı üstündə  onların şərəfinə yaradılan heykəltəraşlıq və memarlıq əsərləri də bu qəbildəndir. Azərbaycanın  zəngin tarixini özündə əks etdirən Yusif ibn Küseyr türbəsi, Mömünə Xatun türbəsi, Bərdə türbəsi, Qız qalası, Şirvanşahlar sarayı, Mərdəkan qalası, Nardaran qalası, Ramana qəsrləri və Şəki Xan sarayı kimi qədim sənətkarlıq nümunələrini bunlara misal göstərmək olar. 9-cu sinif şagirdlərindən  H.Afət, T.Zəhra, Q.Sübhan, İ.Fidan, H.Fatimə, İ.Xədicə, H.Şövkət və K. Əli Azərbaycan Respublikasının coğrafi mövqeyi, relyefi, iqlimi, daxili suları, bitki örtüyü, heyvanlar aləmi və faydalı qazıntıları haqqında məlumat verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi