"Şagird nailiyyətlərinin qiymətləndirilməsi" ilə bağlı təlim keçirildi
Məktəbin fəaliyyət planına uyğun olaraq gənc müəllimlərlə işin təşkili, onlara metodik kömək göstərilməsi məktəbin ən başlıca vəzifələrindən və prioritet istiqamətlərindən biridir. Gənc müəllimlərə dəstək məqsədilə məktəbin direktoru Günel Fətəliyevanın təklifi ilə ibtidai sinif müəllimi Leyla Orucəliyeva " Şagird nailiyyətlərinin qiymətləndirilməsi" ilə bağlı təlim keçirdi. Təlimdə Məktəbdaxili qiymətləndirmə, Qiymətləndirmənin prinsipləri, əks-əlaqənin qurulması mövzularına xüsusi diqqət yetirildi. Müəllimlər qarşılıqlı fikir mübadiləsi və müzakirələrdə fəal iştirak etdilər. Sonda qruplarla işləyərək tapşırıqları təqdim etdilər. Təlimdə məktəbin direktoru Günel Fətəliyeva iştirak etdi.