"Uzunluq" mövzusunda nümunəvi dərs keçirildi
Məktəbin fəaliyyət planına uyğun olaraq 2 "C" sinfində Samirə Tağıyeva riyaziyyatdan "Uzunluq" mövzusunda nümunəvi dərs keçirdi . Dərsdə kollektiv və qrup işindən istifadə olundu. Qrup işləri zamanı şagirdlər müxtəlif əşyalar üzərində ölçmə vasitələri ilə uzunluqları ölçdülər. Məqsəd müxtəlif əşyaları ölçüb, uzunluq ölçü vahidləri ilə tanışlıq idi. Dərsdə məktəbin direktoru Günel Fətəliyeva və metodbirləşmə rəhbəri Orucəliyeva Leyla iştirak etdi.