Şagirdlər Bakı bilim mərkəzində ekskursiyada oldular
Məktəbimizin fəaliyyət planına uyğun olaraq 7 "B” və 7 "C” sinif şagirdləri Bakı bilim mərkəzində ekskursiyada oldular. Şagirdlər 2 qruplara bölünüb təlimçi müəllimələrlə bərabər 1 saat maraqlı məşğələ keçirdilər. 1-ci qrup riyaziyyat, 2-ci qrup isə sahibkarlıq mövzusunda çalışdılar. Birlikdə hesabatlar aparıb əyləncəli oyunlarla yarışlar keçirdilər.
Şagirdləri sinif rəhbərləri Pərvanə Məsimova və Ruhəngiz Hüseynova müşahidə etdilər.