"Ümumi İfadələr" mövzusunda dərs dinləmə keçirildi

          Məktəbin fəaliyyət planına əsasən dərs dinləmələr davam edir. Növbəti dərs dinləmə məktəbin ingilis dili müəllimi Sevinc Bədəlovanın 6 "C”  sinifində keçdiyi  "Ümumi İfadələr" mövzusunda dərsi oldu.             

          Dərsin məqsədi şagirdlərin ümumi ifadələrdən istifadə edərək verilmiş cümlələr əsasında kiçik həcmli mətnlər qurmaq, gördükləri əşya və hadisələri ətraf mühitin problemləri ilə əlaqələndirmək idi. Dərs dinləmədə məktəbin direktoru Günel Fətəliyeva  və təlim-tərbiyə işləri üzrə direktor müavinni Günel İsmayılova iştirak etdi. Şagirdlər dərsdə fəallıq göstərirdilər, qrup işi, şəkillər üzrə iş, yeni ifadələr çox maraqlı oldu. Şagirdlər verilən sualları düzgün cavablandırırdılar, şəkil üzrə təqdimat hazırladılar.     

          Ümumi nəticəyə əsasən dərsdə qoyulmuş məqsədə çatdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi