Talassemiya və hemofiliyasız gələcək naminə

Kimya-biologiya aylığı çərçivəsində məktəbin fəaliyyət planına uyğun olaraq "Talassemiya və hemofiliyasız gələcək naminə" 11 -ci sinif şagirdləri ilə dəyirmi masa təşkil edildi. İlk öncə şagirdlərdən bu xəstəliklər haqqında məlumatlarının olub-olmadığı soruşuldu. Təbii ki,  8,9,10-cu sinifdə oxuyarkən qan xəstəlikləri haqqında öyrəndiklərini vurğuladılar.

 Talassemiya və hemofiliya  haqqında bilikləri sual - cavabla üzə çıxdı.

Dəyirmi masanı təşkil etməkdə məqsəd həyata atılan 11 - ciləri  bu xəstəliklər haqqında ətraflı məlumatlandırmaq idi. Onlara paylama material verildi. Paylama materialla tanış olduqdan sonra yenidən onlara suallarla müraciət olundu:

Niyə qohum evliliyinə yox deyək , sizcə, bu xəstəliklərdə daşıyıcı kimlərdir, dünyaya gələn uşaqları nə gözləyir, bu xəstəliklərin artmasının qarşısını almaq üçün dövlətimiz hansı addımları atır? və  s.

Suallar şagirdlərlə birgə müzakirə olundu. 11-ci sinif şagirdləri talassemiya və hemofiliyasız gələcək naminə maarifləndirildilər.

 Məktəbimizin biologiya müəlliməsi Fərqanə Əkbərova bu xəstəliklər haqqında daha ətraflı məlumat verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi