Dərs dinləmələr keçirilir
Məktəbin fəaliyyət planına uyğun olaraq 7 “B” sinfində tarix dərsinin dinlənilməsi oldu. Məktəbin direktoru Günel Fətəliyeva dərsdə iştirak edirdi. Dərsin mövzusu "Ərdəbil hakimliyi", məqsədi isə Ağqoyunlu və Ərdəbil hakimliyinə aid cədvəl tərtib etmək idi. Dərs kollektiv şəkildə keçirildi. Hər sıraya müvafiq tapşırıqlar verildi. Müəyyən zaman müddətində şagirdlər mövzuya dair fikirlərini şərh etdilər. Sonda mövzuya dair cədvəl tərtib edildi. Fəal şagirdlər qiymətləndirildi.