“Təhlükəsiz məktəb"
Ümumi təhsil müəssisələrində normal iş ahənginin qurulması və təlim-tərbiyə prossesinin mövcud qanunvericiliyinin tələblərinə uyğun aparılması, təhsil müəssiələrində təhükəsiz mühitin yaradılması məqsədilə məktəbimizdə bir çox təhükəsizlik tədbirləri həyata keçirilir.
Məktəbin tədbirlər planına uyğun olaraq “Təhlükəsizlik həftəsi” çərçivəsində məktəbin Təsərrüfat işləri üzrə direktor müavini Tutuxanım Kərimova və məktəbin direktoru Günel Fətəliyeva tərəfindən sinif otaqlarına, məktəbin dəhlizinə baxış keçirildi. Bununla yanaşı qapı, pəncərələrin təhlükəsizliyi və işlək vəziyyətdə olmasına nəzarət edildi.
Proses növbəti günlərdə də davam etdiriləcək.