Bakı Zooloji parkına ekskursiya

          Məktəbin fəaliyyət planına uyğun olaraq "Kimya-Biologiya aylığı" çərçivəsində fənn müəllimləri Zülfiyyə Hüseynova, Məmmədova Aysun və Afət Xudai 5 "B" sinif şagirdləri ilə Bakı Zooloji parkına ekskursiya təşkil etdilər. Məqsəd şagirdləri zooloji parkda olan heyvanların müxtəlifliyi, yaşayış şəraiti, qidalanması, heyvanlara qarşı düzgün davranış qaydaları və onların qorunması yolları ilə tanış etmək idi. Burada su heyvanlarından balıq, tısbağa, timsah, quşlardan su-sahil quşları, yırtıcıquşlar, məməlilərdən pələng, ayı, bəbir, meymun, dəvə, maral kimi canlılar ilə tanış olan şagirdlərdə ətraf mühitə, təbiətə, heyvanlara qarşı sevgi, onları qorumaq və qayğısına qalmaq kimi xoş hisslər yarandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi