Məhəmməd Füzulinin 530 illik yubileyi çərçivəsində tədbirlər davam edir

        Məktəbin fəaliyyət planına əsasən ,dahi Azərbaycan şairi  M.Füzulinin 530 illik yubileyi ilə əlaqədər müxtəlif tədbirlər həyata keçirilir. Ədəbiyyat müəllimlərinin ,məktəb kitabxana müdirinin , UBR – nin təşkilatçılığı və iştirakı ilə şairin həyat və yaradıcılığına həsr olunmuş sənədli filmlərin, videoçarx və vloqların nümayişi həyata keçirilir, inşa yazı qəzəl müsabiqələri üçün hazırlıq işləri aparılır.

 

          Növbəti fəaliyyət isə yuxarı sinif şagirdləri üçün təşkil olunan “ Füzuli yaradıcılığında sufizm “ mövzusunda seminar oldu. Seminarın diqqət çəkən tərəfi mövzunun təqdimatında məktəbin ədəbiyyat  müəllimi  Kəminə Zalova ilə bərabər  11 “A” sinif  şagirdi Heydərli Zeynəbin valideyni Heydərli Şahnaz xanımın iştirakı oldu. Müvəffəqiyyətlə bitirərək yüksək balla ali məktəbə qəbul olunduğu doğma məktəbdə təlim – tərbiyə prosesində aktiv valideyn kimi iştirakından məmnun olduğunu dilə gətirən Şahnaz xanım şagirdlərə Füzuli yaradıcılığında əks olunan mənəviyyat məsələləri ilə bağlı fikirlərini bölüşdü.

          Seminarda şairin müxtəlif əsərlərindən gətirilən nümunələr əsasında insanın daxili aləmi,saflıq, humanizm , ilahi eşq və s məsələlər təhlil olundu.

   

       Seminarda iştirak məktəbin direktoru Günel  Fətəliyeva belə tədbirlərin yüksək əxlaqi hisslərin və həyata düzgün baxışın formalaşmasında mühüm rolu olduğunu vurğuladı.

       Tədbirdə məktəbin direktoru, direktor müavini, kitabxana müdiri və şagirdlər iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi