Nağıl saatı keçirildi

23 Aprel Ümumdünya kitab və müəlliflik hüququ günü ilə əlaqədar olaraq məktəbin fəaliyyət planına əsasən  kitabxana müdiri Aytən Məmmədova və 1 "A"  sinif rəhbəri Leyla Orucəliyevanın təşkilatçılığı ilə nağıl saatı keçirildi.

Məqsəq şagirdlərlə birlikdə oxumağa vaxt ayırmaq və onların oxucu kimi böyüməsinə şərait yaratmaq, kitaba olan maraqlarını artırmaqdır.

Nağıl saatında məktəbin direktoru Günel Fətəliyeva  "Həqiqi dost "nağılını səsləndirdi.

UBR Mədinə İskəndərova ,sinif rəhbəri Leyla Orucəliyeva , kitabxana müdiri Aytən Məmmədova azərbaycan nağılları və  müxtəlif xalq nağılları oxudular.

Nağıl saatı maraqlı diskussiya ilə keçirildi.Sonda şagirdlər Cırtdan , Maşa  və Ayı nağılını səhnələşdirlmiş variantda təqdim etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi