Qızlarla maarrifləndirmə işi aparıldı
5-8-ci siniflər üzrə qızlarla psixoloji maarifləndirmə işi aparıldı. Məktəbin direktoru Günel Fətəliyeva, psixoloq Ləman Mehtiyeva və UBR Mədinə İskəndərova yetkinlik yaşına çatmayan qız uşaqlarının yaş səviyyəsini nəzərə alaraq onlara bir sıra tövsiyələr verdilər. Əsasən milli əxlaqımızın, mental dəyərlərimizin şagidlərə düzgün aşılanmasına yönəldilən bu tövsiyələr qızlarda dərin iz buraxdı. Qədim türk qadınının xarakteri, davranışı, cəmiyyətə münasibəti müxtəlif fənlərdə ayrı-ayrı mövzular üzrə də tədris olunur. Söhbətdə məhz həmin məsələlərə diqqət çəkərək Burla Xatun, Banuçiçək, Tomris, Taclıbəyim, Nigar, Natəvan, Həcər kimi qadınlarımızın əxlaqı şagirdlərə nümunə kimi göstərildi. Söhbətdə elmi-texniki tərəqqinin sürətlə inkişaf etdiyi bu dövrdə şagirdlərə əlavə informasiya vasitələrindən düzgün bəhrələnməyin yolları izah edildi.