" ANA DİLİMİZİ QORUYAQ, İNKİŞAF ETDİRƏK VƏ YAŞADAQ"

4 "B" sinfində "Beynəlxalq Ana Dili Günü" nə həsr olunmuş "Ana dilimizi qoruyaq, inkişaf etdirək və yaşadaq" adlı təşkilat saatı keçirildi.

Sinif rəhbəri Şəbnəm Balayeva şagirdlərə bildirdi ki, milli-mənəvi sərvətimizdən, mənəviyyatımızdan bəhs olunanda ilk növbədə ana dilimiz yada düşür.Əgər bir xalqın ana dili yoxdursa, demək, həmin xalqın özü də yoxdur.

Dünyada məhv olmaq təklükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.

Daha sonra şagirdlər dilimizdə işlənən başqa xalqların sözlərinin ana dilimizdə olan mənalarını qeyd edib, səsləndirdilər.Şəkilləri rəngləyib, doğma dilə olan sevgilərini bildirdilər.

Sonda müəllim qeyd etdi ki, hər bir azərbaycanlı öz ana dilini bilməli, bu dildə səlis danışmalıdır.

Azərbaycan dilini daha da zenginləşdirmək, inkişaf etdirmək bizim borcumuzdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi