Şagirdlər "Qənimətlər parkı"na ekskursiyada oldular

Məktəbin fəaliyyət planına uyğun olaraq 27 sentyabr  "Anım günü" münasibilə  2"B" və 2"C" sinif şagirdləri,sinif rəhbərləri və valideynlər "Qənimətlər parkı"na ekskursiyaya gediblər.Məqsəd şagirdlərə güclü ordumuzun şanlı qələbəsini əks etdirən eksponatları, düşmənin qoyub qaçdığı silah-sursatları,hərbi ləvazimatları göstərmək ,vətən uğrunda canından keçən əsgərlərimizi dərin ehtiramla yad etmək,onların ruhu qarşısında baş əymək idi. Şagird və valideynlər ekskursiyanı maraqla qarşıladılar,şagirdlərdə ruh yüksəkliyi,vətənə və orduya sevgi, ehtiram hissi daha da gücləndi .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi