“Zəfər gününün başlandığı gün “adlı dəyirmi masa keçirildi
Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər, zabit və bütün şəhidlərimizə dərin ehtiram olaraq hər il il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.
Məktəbin fəaliyyət planına uyğun olaraq “Zəfər gününün başlandığı gün “adlı dəyirmi masa keçirildi. Tədbirdə Dövlət himni səsləndi.Şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi.
Məktəbin UBR rəhbəri Mədinə İskəndərova tədbiri acaraq 27 sentyabr ən yeni tariximizdə şanlı səhifənin başlanğıc nöqtəsi olduğunu bildirdi. Məktəbin fənn birləşmə rəhbəri Kəminə Zalova qəhrəman oğullarımızın keçdiyi zəfər yolundan danışdı. Sonda Şagirdlərə II Qarabağ müharibəsində məktəbimizin ordumuza göstərdiyi dəstək kadrları göstərildi. Tədbirdə məktəbin psixoloqu Ləman Mehtiyeva iştirak etdi.
Bün gün Azərbaycan qalib dövlət kimi yaşayır,bundan sonra da müzəffər xalq və qalib dövlət kimi ədəbi yaşayacaqdır.