"Ailəm və məktəbim" layihəsi çərçivəsində tədbirlər davam edir
Məktəbdə BŞTİ- nin "Ailəm və məktəbim" layihəsi çərçivəsində tədbirlər davam edir. 6"A" sinif rəhbəri Vüsalə Məmmədova "Analar və qızlar" mövzusunda dəyirmi masa keçirdi.
Cəmiyyətin təməlini təşkil edən və dəyərlərimizi yaşadan ailə və məktəb əməkdaşlığıdır.
Uşaqların əxlaqi şüurunun formalaşmasında, özünü dərk etməsində, bilik və bacarıqlar əldə etməsində belə tədbirlərin rolu əvəz olunmazdır.
Tədbirdə qızlar anaları ilə səmimi, açıq söhbətlər etdi. Qızların analarına verdiyi həyatı suallar maraqlı idi. Analarından səmimi tövsiyələri eşitmək istəyirdilər, onu da əldə etdilər.
Dəyirmi masa qarşılıqlı diskusiya şəraitində keçdi.