28 May 1918 ci-il Azərbaycanın ən parlaq və unudulmaz tarixi günlərindən biri yeni Azərbaycanın istiqlal günüdür
28 May 1918 ci-il Azərbaycanın ən parlaq və unudulmaz tarixi günlərindən biri yeni Azərbaycanın istiqlal günüdür. Bununla bağlı tarix müəllimi Aşiq Mehdiyevin təşkilatçılığı ilə 28 May Respublika Gününə həsr olunmuş tədbir keçirildi. 28 May 1918 ci-il Vətənimizin anadan olduğu, yeni yarandığı tarixdir. Zaman- zaman Azərbaycanın tarixində sevincli, kədərli günlər olub. Hamısı da bir tarix olaraq Vətənimizin yaddaşında həkk olunub. Vətən əzizdir,vətən doğmadır. Onu qorumaq və sevmək hər birimizin müqəddəs borcudur. "Vətəni sevməyən insan olmaz, olsa şəxsdə vicdan olmaz". Mövzu ilə əlaqədar 6 “C” sinif şagirdləri şerlər söylədilər. Bu tədbirdə şagirdlər vətəni sevməyi onu qorumağı, hətta vətən üçün şəhid olmağın vacibliyini öyrəndilər.