"Dəyərlərimizi qoruyaq" mövzusunda sinif təşkilat saatı keçirtdi

Məktəbin illik fəaliyyət planına uyğun olaraq 2 "A" sinfinin müəllimi Sevinc Məmmədova "Dəyərlərimizi qoruyaq" mövzusunda sinif təşkilat saatı keçirtdi. Məqsəd milli-mədəni dəyərlərimizi təbliğ etmək, Odlar yurdu Azərbaycanın qədim adət-ənənələrini şagirdlərə aşılamaqdır. Şagirdlər Novruz adət-ənənələrini sadaladılar,qızlar Novruz haxışdalarını söylədilər,rəqs etdilər.