Şagirdlər “İnteraktiv Elm muzeyində» ekskursiyada oldular
Məktəbin fəaliyyət planına uyğun olaraq fizika aylığı çərçivəsində Arzu Quliyeva və Fərqanə Əkbərova 7 «A” sinfi ilə birlikdə “İnteraktiv Elm muzeyində» ekskursiyada oldular.Məqsəd şagirdlərin fənnə olan marağını daha da artırmaq və müxtəlif fiziki hadisələri əyani müşahidə etmək idi.Ekskursiyaya muzeyin yaradıcısı Elçin müəllim rəhbərlik etdi.Sagirdlər ''Paskal qanunu'',''Bernulli qanunu'',muxtəlif optik hadisələri, səs hadisələrini təcrübələrlə araşdırdılar.''Bizim Cəbiş müəllim'' filmindəki məhşur səhnənin canlı şahidi oldular.Qədim fotoaparatla,printerlə,kalkulyatorla tanış oldular.Ekskursiyanın sonunda şagirdlər muzeylə tanişlıqdan cox razi qaldılar.