“Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu” mövzusunda “1 mart Ümumdünya Mülki müdafiə günü” keçirildi
232 № li tam orta məktəbin 2023-cü ilin mülki müdafiə tədbirlər planına əsasən 1 mart 2023- cü il tarixində “Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu” mövzusunda “1 mart Ümumdünya Mülki müdafiə günü” keçirilmişdi. Təlimin keçirilməsində məqsəd fövqəladə hallar üzrə komissiyaların fövqəladə hadisələr zamanı qarşıda duran vəzifələrin yerinə yetirilməsinə hazırlığını yoxlamaq, şagirdlərdə fövqəladə hadisələrin nəticələri aradan qaldırılarkən xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və operativ olaraq yerinə yetirilməsi üzrə praktiki vərdişlərin aşılanmasıdır . Məktəbin direktoru Nisə Fərəcova “1 Mart Ümumdünya Mülkü Müdafiə günü” haqqında ümumi məlumat verdi, fəaliyyət planına uyğun olaraq Mülkü Müdafiə ilə bağlı məktəbdə görülən işlər haqqında danışdı. Tədbirdə şagirdlər yanğın, zəhərlənmə, zəlzələ, uçqun zamanı davranış qaydalarını zərərçəkmişlərin xilasolunma qaydalarını praktik şəkildə nümayiş etdirdilər. İlk olaraq məktəbin akt zalında 2, 5, 6 siniflərində açıq dərslər keçirildi. Şagirdlər praktik məşğələlər nümayiş etdirdilər. Məktəbin həyətində isə məktəb şagirdlərindən ibarət yanğın söndürmə, xilasetmə və tibb manqaları tərəfindən uçqun zamanı şagirdin uçqundan sonra xilasetmə əməliyyatı, yanğın zamanı yanğına müdaxilə və ilkin tibbi yardım olunmasını göstərildi. Tədbirdə məktəbin direktoru,direktor müavini şagirdlər, valideynlər, iştirak etdilər.