“Xocalı faciəsi”nə həsr olunmuş xüsusi dərs keçirildi

Müasir dövrdə”Ümumtəhsil sahəsi”ndə şagirdlərin tərbiyə olunma sisteminin təkmilləşdirilməsi ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir. Məktəbin 9”B” sinif rəhbəri Sima Cəlilova müəllimin təşkilatçılığı ilə “Xocalı faciəsi”nə həsr olunmuş xüsusi dərs keçirildi. Dərsdə UBR Mədinə İskəndərova ,dərs hissə müdiri Səfa Orucəliyev, kitabxana müdiri  Aytən Məmmədova iştirak edirdilər.

Şagirdlərə dünya tarixində silinməz iz buraxan genosid hadisələri ilə bağlı ümumi məlumat verildi.Tarixi materiallar əsasında Hindu soyqırımı,Yəhudi soyqırımı və Xocalı soyqırımları müqayisə olundu.

Nümayiş etdirilən videoçarxlarda faciələrin ağırlığı,insanlığın tarixinə vurduğu zərbə əks olundu.Sinif şagirdlərindən yadullazadə İlknurun,Əlizadə Xəyalın təqdim etdikləri çıxışlarda hadisənin səbəbkarlarına olan sonsuz nifrətlərini dilə gətirdilər.

Təqdimatlar əsasında Xocalı faciəsinin soyqırımı olduğunu təsdiq edən Bəyanat hazırlamaq qərara alındı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi