“Ana dilim”

Məktəbin illik fəaliyyət planına uyğun olaraq 2 “B” sinfində sinif rəhbəri  Əliyeva Mərziyyənin təşkilatçılığı ilə “Ana dilim” adlı 21 fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş təşkilat saatı keçirildi.

Tədbirin əsas məqsədi ana dilimizi qorumaq, yaşatmaq, dilimizin saflığını, incəliklərini şagirdlərə çatdırmaq, onlara dilimizi sevdirməkdir. Müəllimə çıxış edərək bildirdi ki, hər bir insan Ana dilini sevməli və onu qorumalıdır.

Tədbirdə şagirdlər başqa dillərdən dilimizə keçmiş sözləri deyil, öz ana dilimizdə qarşılığı olan sözləri söylədilər. Şagirdlər sonda ana dilimizə həsr edilən şeirlər, kəlamlar və mahnı ifa etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi