“20 Yanvar” faciəsi ilə bağlı “dəyirmi masa” keçirildi

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş “20 Yanvar” faciəsi şagirdlərimizin yaddaşında əbədiləşir.

 “20 Yanvar” faciəsi ilə bağlı Tədbirlər Planı məktəbimizdə vacib məsələlərdən hesab olunur.

 İngilis dili müəllimləri Kəmalə Şamilova,Nərminə Cabbarova  təşkil  etdiyi 9 “A” sinfində “20 Yanvar” faciəsinin 33-cü ildönümü ilə əlaqədar məktəbin müşavirə otağında “dəyirmi masa” keçirildi. Tədbirdə 1990-cı il yanvarının 19-dan 20-ə keçən gecə Bakıda törədilmiş vəhşilikdən, insanlığa qarşı yönəlmiş hadisələrin acı nəticələrindən ingilis dilində söhbət açıldı. Eləcə də 20 Yanvar hadisələrinin tarixindən, şəhid kimi ədəbiyyətə qovuşan övladların şücaətindən bəhs olundu. Şagirdlər hazırladıqları videoçarxları paylaşdılar, fikir mübadiləsi etdilər. Ingilis dilində müxtəlif posterlər nümayiş etdilər , 20 Yanvar faciəsini törədənlərə qarşı şüarlar səsləndirdilər. Şagirdlərdən Aişə Mirzəzadə,  Tamilla Məmmədzadə, Turan Ibrahimli, Əliyev Əli və Xədicə Vahabova fəal iştirak etdilər.

Faciə ilə əlaqədar şagirdlər ingilis və fransız dilində fotostendlər və guşələr hazırladı.

Tədbirin keçirilməsi şagirdlərə vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi onların layiqli vətəndaş kimi yetişməsinə xidmət edir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi