Təbiəti, canlıları qorumaq borcumuzdur
Məktəbin fəaliyyət planına uyğun olaraq sinif rəhbəri Sevinc Məmmədovanın rəhbərliyi ilə 2 "A sinfində Azərbaycan dili fənnindən "Nəsli kəsilməkdə olan heyvanlar" adlı layihə təqdim olundu. Layihə əsasında şagirdlər təbiətdə olan hər bir canlının qorunmasında məsul olduqlarını, təbiətdə lazımsız heç bir canlı olmadığını, hər bir canlının insanlar qədər yaşamaq haqqı olduğunu anladılar. Şagirdlər layihə təqdimatında əl işlərini, yazdıqları məlumatları təqdim etdilər.