Düzgün peşə seçimi uğurlu gələcəyə təminat verir

Məktəbin fəaliyyət planının əhatə etdiyi müxtəlif bəndlər əsasında silsilə tədbirlərimiz davam edir. Dəyirmi masalar, təşkilat saatları keçirilir, ekskursiyalar təşkil olunur. Növbəti təşkilat saatı 10 “A”  sinfində tədbir keçirildi.

Məktəbin direktoru Nisə Fərəcovanın iştirakı və Azərbaycan dili - ədəbiyyat müəllimi Kəminə Zalovanın rəhbərliyi ilə keçirilən təşkilat saatı sinfin fəallarından olan Quliyeva Səbinənin təqdimatı ilə başladı. Səbinə öz təqdimatında istifadə etdiyi videoçarxları şərh etdi və müxtəlif peşə sahələrinin yaranma tarixindən, ayrı-ayrı dövrlərdə tələbatdan asılı olaraq yeni yaranan və ya istifadəsi məhdudlaşan peşə sahələrindən söz açdı.

Məktəbin direktoru Nisə Fərəcova  qeyd etdi ki, insanın həyatında uğurlu karyera qurmaq qurmağın təməlində düzgün peşə seçimi dayanır. Həm özünə, həm xalqına, dövlətinə faydalı ola biləcək bütün peşələr yüksək qiymətləndirildi.

Təşkilat saatında iştirak edən məktəbin məzunu, yüksək balla Bakı Mühəndislik Universitetinə qəbul olunmuş Firəngiz Vəlizadənin  uğur hekayəsi onuncuların marağına səbəb oldu.

Təşkilat saatında əyani vəsaitlər əsasında “ Peşələrin təsnifatı piramidası”, “Peşəyönümü seçimi”, “Peşə seçiminin strategiyası” şərh olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi