Riyaziyyat bütün elmlərin şahıdır
Məktəbin fəaliyyət planına uygun olaraq riyaziyyat aylığı davam edir. Bu məqsədlə məktəbin riyaziyyat müəllimləri Ramilə Nəbiyeva və Lalə Fərəcova 5-ci siniflər arasında Riyaziyyatdan “Bilik Yarışı” keçirdilər. Yarışda 5 "A” ,5 "B” və 5 "C” sinif şagirdləri iştirak etdi. Yarışın məqsədi şagirdlərdə saglam rəqabət, əməkdaşlıq , məntiqi təfəkkürü inkişaf etdirmək idi. Yarışda məktəbin direktoru Nisə Fərəcova, Təlim-tərbiyə işləri üzrə direktor müavini Günel İsmayılova iştirak etdilər. Sonda 5 “C” sinfi 1-ci yeri tutaraq Fəxri Fərmanla təltif olundu.