Kod saatı keçirildi

Məktəbin illik fəaliyyət planına uyğun olaraq “Riyaziyyat və informatika aylığı” ilə əlaqədar fənn müəllimləri Aynur Əkbərova, Savad  Rəhimova “Kod saatı” təşkil etdi. Tədbir zamanı şagirdlərə  “Rəqəmsal bacarıqlar” layihəsi haqqında ətraflı məlumat verildi. 

Şagirdlər "Scratch"-uşaq və yeniyetmələr üçün xüsusi yaradılmış vizual proqramlaşdırma mühitində məsələləri həll etmək imkanı əldə etdilər. 

Qeyd edək ki,  "Kod saatı" təşəbbüsü 2013-cü ildə Hadi və Əli Partovi qardaşları tərəfindən tətbiqinə başlanılan və insanlara proqramlaşdırmanı öyrətmək məqsədi daşıyan qlobal təşəbbüsdür.

Layihənin ideya müəllifləri bütün sahələrdə hesablama tapşırıqlarını yerinə yetirmək qabiliyyətinə malik mütəxəssislərə çox böyük ehtiyac olduğunu deyərək, insanlara proqram kodunu yazmağı öyrənmək üçün bir saat vaxt ayırmağı təklif ediblər. Bir çox ölkələr bu təşəbbüsə qoşulub. Hazırda "Kod saatı" dünyanın 180-dən çox ölkəsində yüz milyonlarla tələbə  və şagirdi əhatə edir. 

Məktəbdə "Kod saatı"nın keçirilməsinin əsas məqsədi proqramçı peşəsini məktəblilər arasında tanıtmaq, şagirdlərin və onların valideynlərinin diqqətini yüksək informasiya texnologiyaları ilə bağlı peşələrə cəlb etmək, həmçinin proqramlaşdırmanın çətinliyi haqqında mifləri dağıtmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi