Hüseyn Cavid 140
Məktəbin fəalliyət planına uyğun olaraq Hüseyn Cavidin 140 illiyi ilə əlaqədar olaraq ədəbiyyat müəllimi Rahilə Hüseyn və kitabxana müdiri Aytən Məmmədovanın təşkilatçılığı ilə 8 və 9 cu siniflər arasında viktorina keçirildi.
Məqsəd şagirdlər arasında sağlam rəqabət yaratmaq və H.Cavidin həyat və yaradıcılığını mənimsətməkdir.
Viktorina 3 raundan hər bir raund 3 sualdan təşkil olunmuşdu. 3 qrup "Ana","Şeyda","Şeyx Sənan" komandaları iştirak etdi."Ana" komandası qalib oldu və komandanın hər bir şagirdi fəxri fərmanla təltif olundu.
Sonra Hüseyn Cavidin həyat və yaradıcılığından video slayd nümayiş olundu.Sonda 5 b sinif şagirdləri Z.İbrahim,B.İnci "Qız məktəbi"əsərindəki obrazları canlandırdılar.
Viktorinada məktəbin direktoruN.Fərəcova və UBR İ.Mədinə iştirak etdilər.