Uğurlu karyera qurmaqda düzgün peşə seçimi çox əhəmiyyətlidir
Surətlə dəyişən müasir dünyanın tələblərinə cavab verən hərarətli şəxsiyyət formalaşdırmaq təhsil müəssisələrinin başlıca məqsədidir.Bu məqsədin mühüm bir qolu düzgün peşə seçimi edə bilən gənc nəsil tərbiyə etməklə bağlıdır. Məktəbin fəaliyyət planına uyğun olaraq 10"A" sinif şagirdlərində vacib peşələrə maraq oyatmaq məqsədilə dekabr ayı ərzində sinif rəhbəri Zalova Kəminənin təsəbüsü ilə müxtəlif tədbirlər həyata kecirildi. Bu mövzuda sinif saatının təşkil olunması, ekskursiyalar, təqdimatlara baxış belə tədbirlərə nümunə ola bilər.
Həftə ərzində müxtəlif iaşə obyektlərinə, emalatxana və sexlərə təşkil olunan ekskursiyalar şagirdlərin xüsusi marağına səbəb oldu. Sagirdlərə müvafiq peşə sahələri ilə bağlı praktik məlumatlar verildi, onların özlərini müxtəlif işlərdə sınamalarına şərait yaradıldı. Xüsusilə, qədim oyma ilə məşgul olan Əsədovlar ailəsinin şəxsi emalatxanasında görüb -eşitdikləri şagirdlərdə böyük maraq doğurdu.