Riyaziyyat aylığı çərçivəsində “Bilik Yarışı” keçirildi
Məktəbin fəaliyyət planına uyğun olaraq riyaziyyat aylığı davam edir.Məktəbin riyaziyyat müəllimi Lalə Fərəcova 5 “A” sinifində Riyaziyyatdan “Bilik Yarışı” keçirmişdir.Yarışda “Kvadrat,”Düzbucaqlı”və “Üçbucaq” kamandaları yer almışdır. Yarışın məqsədi şagirdlərdə məntiqi təfəkkürün inkişafı, əməkdaşlıq və sağlam rəqabət formalaşdırmaqdır. Bundan basqa şagirdlərin Riyaziyyata aid şeir, mahnı və səhnəcikləri də yarışmaya rəng qatdı.Tədbirdə məktəbin direktoru Nisə Fərəcova ,direktor müavini Günel İsmayılova və fənnbirləşmə rəhbəri Pərvanə Mənsimova iştirak etdi. Sonda “Kvadrat “kamandası qalib gələrək Fəxri Fərman ilə təltif olundu.