Dərsin məqsədinin mövcudluğuna yönəlik dərsdinləmələr
Məktəbin fəaliyyət planının 1.3.1 bəndinin icrasını həyata keçirmək məqsədilə dərsin məqsədinin mövcudluğunun müəyyənləşdirilməsinə yönəlik dərsdinləmələr təşkil edilir. Azərbaycan dili və ədəbiyyat fənn birləşmə rəhbəri Kəminə Zalova fənn müəllimləri ilə bərabər dərsdinləmələrdə iştirak edir və dərsin məqsədinin düzgün müəyyənləşdirilməsi üçün qarşılıqlı müzakirələr təşkil edilir.
Bu dəfə dərsdinləmə bir qədər fərqli şəkildə həyata keçirildi.V b sinfində Azərbaycan dili və ədəbiyyat dərsi idi. Sinfin müəllimi məktəbin azərbaycan dili və ədəbiyyat müəllimi Gözəl Məmmədyarova müəllimdir. Məktəbin direktoru,azərbaycan dili və ədəbiyyat müəllimi Nisə Fərəcova həmin sinifdə dərsin məqsədini düzgün müəyyən etməni əyani şəkildə göstərmək üçün " Bilirdim ki,gələcəksən..." mövzusu əsasında 1.2.4 və 2.2.3 standartları reallaşdırıldı.Fənn birləşmə rəhbəri və müəllimlər bu dərsi dinlədilər.Qarşıya standartdan çıxarılan məqsəd( mətndə fakt və hadisələrə münasibət bildirir) qoyuldu.
Mövzuya maraq oyatmaq məqsədilə sinfin adını daşıdığı I Qarabağ müharibəsi şəhidi Kazım Məmmədovun döyüş yolu bir daha xatırlandı.Öyrənmə prosesində şagirdlər mətndən faktları seçib münasibət bildirməklə əsas fikrə münasibət bildirdilər.Şagirdlərlə birlikdə II Qarabağ müharibəsində qazandığımız qələbədən ordumuzun gücündən söz açılaraq mövzu həyatla əlaqələndirildi.Dərsin mərhələlərində və sonda qiymətləndirilmə aparıldı.Bununla da dərsin əvvəlində qoyulmuş məqsədə nail olundu.