Ümummilli lider dərin hörmətlə anıldı

Dekabrın 12-si Ümummilli lidermiz Ulu Öndər Heydər Əliyev anım günüdür. Bu münasibətlə məktəbimizin 10 "A" və 9"C" sinif şagirdləri üçün anım tədbiri qeyd olundu. Tədbirdə hərbi rəhbər Təbriz Əliyev, UBR Mədinə İskəndərova və Azərbaycan dili ədəbiyyət müəllimi Kəminə Zalova iştirak etdilər. Dahi şəxsiyyətin siyasi fəalliyyətindən, sarsılmaz vətəndaş mövqeyindən danışan Kəminə Zalova Heydər Əliyevin Azərbaycan xalqının taleyində əvəzolunmaz rolunu vurğuladı.
Daha sonra uzun müddət ABŞ-ın Klivend klinikasında müalicə olunan 2003-cü ildə dekabrın 12- də dünyasını dəyişən xalqın sevimlisi Heydər Əliyevin cənazəsinin Vətənə gətirilməsini əks etdirən kadrlar nümayiş olundu. Nümayiş zamanı şagirdlərin üzündə əks olunan hüzn illərin keçməsinə, nəsillərin dəyişməsinə baxmayaraq Ulu Öndərə olan xalq sevgisinin azalmadığını ifadə etdirirdi.