ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN
Məktəbin fəaliyyət planına uyğun olaraq 2 "A" sinfində sinif rəhbəri Sevinc Məmmədovanın təşkilatçılığı ilə "Ümummilli lider Heydər Əliyev və Azərbaycan" mövzusunda sinif təşkilat saatı keçirildi. Məqsəd Ümummilli liderin həyat və yaradıcılığını, Azərbaycan dövləti, onun suverenliyi, ərazi bütövlüyü üçün necə çalışdığını göstərmək, gənc nəslə onu örnək göstərmək idi. Şagirdlər Ümummilli lider haqqında şeirlər dedilər, kəlamlarını söylədilər və mahnı oxudular.