Layihə üzvləri arasında sorğu keçirildi
Məktəbin riyaziyyat müəllimi Günel İsmayılova “Biliyini paylaş” layihəsinin mentoru olaraq, layihəyə üzv olmaq istəyən müəllimlərlə birlikdə komanda yaratmış və üzv seçilmiş müəllimlər arasında layihə əsaslı öyrənmə barədə ilkin diaqnostik sorğu keçirmişdir. Sorğunun məqsədi seçilmiş üzvlərin layihə əsaslı öyrənmə ilə bağlı ilkin düşüncə və fikirlərini müəyyən etmək olmuşdur.