“Heydər Əliyev və müasir Azərbaycan “ mövzusunda inşa yazı müsabiqəsi keçirildi

      Məktəbin fəaliyyət planına uyğun olaraq Ulu Öndər Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı olaraq 9-11 ci siniflərdə “Heydər Əliyev və müasir Azərbaycan “ mövzusunda inşa yazı müsabiqəsi keçirildi. Məqsəd Ulu Öndərin xatirəsini əbədiləşdirmək “Heydər Əliyev və Azərbaycançılıq” ideologiyasının təbliği, isdedadlı şagirdlərin aşılanması şagirdlərdə yazı bacarığını təkmilləşdirilməsidir. UBR rəhbəri Mədinə İskəndərova şagirdləri salamladı, müsabiqənin məqsədini və əhəmiyyətini izah etdi, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında qısa məlumat verdi. Dahi şəxsiyyətin mənalı ömür yolu, coşqun fəaliyyəti, dərin mənəvi dünyası barədə şagirdlərin mülahizələrini ifadə olunduğu yazı işləri həm də onların yazı vərdişlərinə yiyələnmə bacarığını qiymətləndirməyə imkan verir. Azərbaycan dili və ədəbiyyat müəllimi Rahilə Hüseyn Azərbaycan dili  həm də Ədəbiyyat fənnlərindən məzmun xəttlərindən birinin yazıyla bağlı olmasını nəzərə alaraq inşa yazılarda şagirdlərin özünü ifadə bacarığlını yoxlanılması da əsas məsələlərindən biri kimi diqqət mərkəzində saxlanılmasını qeyd etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi