Riyaziyyat - İnformatika aylığı davam edir
V “A” qrupunda müəllim Savad Rəhimovanın "İllüstrasiya" layihə əsaslı dərsi keçirildi. Dərsin keçirilməsində məqsəd daha əvvəl istifadə etdiyimiz əmrlərdən istifadə edərək İllüstrasiya hazırlamaq idi. Şagirdlər böyük maraqla layihəni doğru və dolğun hazırladılar.
Savad Rəhimova qeyd etdi ki, layihə əsaslı təhsil yeni bir təhsil meylidir və bunun effektiv olduğunu inkar edə bilmərik.Son illər təhsildə baş verən dəyişikliklər məktəb işinin heç bir tərəfini dəyişikliksiz qoymayıb. Şəxsiyyətyönümlü təhsil, fərdi yanaşma kimi prinsiplər önə çıxıb, ilk növbədə yeni tədris metodları tələb etməyə başladı. Yeniləşən məktəbdə elə tədris metodlarına ehtiyac duyuldu ki, onlar aşağıdakılardır. öyrənmə prosesində şagirdlərdə fəal, müstəqil və təşəbbüskar mövqe formalaşdırsın; təhsil ilk (tədqiqatçılıq, növbədə bacarıq vərdişləri refleksivlik, özünüqiymətləndirmə) inkişaf etdirsin; sadəcə bacarıqlar yox, səriştə, yəni praktiki fəaliyyətdə onların tətbiqi təcrübəsi ilə bilavasitə bağlı olan bacarıqlar formalaşdırsın; şagirdlərin öyrənmə marağına istiqamətlənsin; təlimin həyatla əlaqəsi prinsipi reallaşdırılsın.
Dərsdə məktəbin direktoru Nisə Fərəcova, təlim-tərbiyə iləri üzrə direktor müavini Günel İsmayılova iştirak etdilər.