Məktəbəhazırlıq qruplarında nümunəvi dərs
Məktəbəhazırlığın əsas məqsədi beşyaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların məktəbəhazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir. L.S.Vıqotski məktəb təliminə hazırlığın yalnız təsəvvür ehtiyatının miqdarından
yox, daha çox idraki proseslərin inkişaf səviyyəsindən ibarət olduğunu söyləyirdi.
0 “A” qrupunun müəllimi Leyla Orucəliyeva bədii təfəkkürün inkişafı məşğələsində “Qırmızı papaq” nağılını keçdi. Məşğələ zamanı beşyaşlılar nağılı dinləyib sualları cavablandırdılar. Sonra isə Qırmızı papaq nağılı səhnələşdirildi. Rollu oyunlar zamanı uşaqların nitq inkişafına xüsusi diqqət yetirilir.