"Tullantını dəyərə çevirək"

Məktəbin fəaliyyət planına uyğun olaraq məktəbin Texnologiya müəllimləri Rühəngiz Hüseynova və Aysun Məmmədova 6 və 7-ci sinif şagirdləri arasında "Tullantıları dəyərə çevirək " devizi altında müxtəlif tullantılardan əşyalar hazırladılar. 7-ci sinif şagirdləri Ə.Hüseyn və Ə.Həsən qardaşları plastik tullantılardan kəsib rəngləyərək gecə lampaları hazırladılar.

6-cı sinif şagirdləri M.Nəzrin, İ.İbrahim, B.Zəhra və H.Zenfira boş şüşə butulkalardan və plastik butulkalardan gül qabları hazırladılar.

Maraqlı işlərdən məktəb dəhlizini bəzəyən boş lampalar içərisində güllər olan əl işi də var idi.

Sonda şagirdlərimiz rəngli kağız və kartondan istifadə edərək maşın və tank maketi hazırladılar.

Maraqlı əl işləri şagirdlərimizin yüksək əl qabiliyyətinin və estetik baxışlarının olduğunu üzə çıxartdı. Həmçinin şagirdlərdə tullantını dəyərə çevirmək hissini formalaşdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi