BŞTİ tərəfindən təşkil edilmiş monitorinq keçirildi
24 noyabr 2022-ci il tarixdə məktəbdə BŞTİ tərəfindən təşkil edilmiş monitorinq keçirildi. Eyni monitorinq materialları həm 6-cı siniflərə, həm də 9-cu siniflərdə təhsil alan şagirdlərə təqdim olundu. Məqsəd 6-cı siniflərin mövcud vəziyyətini, 9-cu siniflərin isə 5-6-cı sinif səviyyəsində olan problemlərini müəyyənləşdirməkdir. Nəticələr qısa zaman ərzində təhlil olunub müvafiq işlər aparılacaq.